Elxan Məmmədov: Bu, millilərin maraqlarına cavab vermir
13.02.2013 - 09:50
“Həqiqətən də Asiya Futbol Konfederasiyasının əsasnaməsi çox qəribədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən UEFA seminarında iştirak edən Məmmədov təşkil olunan mətbuat konfransında çıxış edib. O, son illər iki ölkə arasında yoxlama matçlarının keçirilməməsinə təəssüfləndiyini bildirib: “Bu əsasnamə millilərin maraqlarına cavab vermir. Çünki komandalar bərabər sayda oyun keçirməlidir. 2014-cü ildə Azərbaycan və Qırğızıstan milli komandalarının yoldaşlıq oyununun keçirilməsini planlaşdırırıq”.
Qeyd edək ki, Məmmədovla yanaşı Qırğızıstan Futbol Federasiyasının baş katibi Asılbek Kadıraliyev də iştirak edib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0