Üçüncü dəfə Qırğızıstanla
13.02.2013 - 13:45
Gələn il Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi tarixində 3-cü dəfə bu rəqiblə görüşəcək. Apasport.az saytının məlumatına görə, komandalar əvvəllər 2 dəfə üz-üzə gəliblər.
Hər 2 matç yoldaşlıq xarakteri daşıyan beynəlxalq turnir çərçivəsində olub və millimizin qələbəsi ilə başa çatıb. Futbolçularımız neytral meydandakı oyunlarda minimal fərqlə qələbələr əldə edib.
1993-cü ildə İranda keçirilən turnirdə Azərbaycan futbolçuları iyunun 7-də qarşılaşdığı matçda rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb. 2007-ci ildə isə Qırğızıstanla 2-ci duel gerçəkləşib. Qazaxıstandakı turnirin son turunda – martın 11-də baş tutan oyunda yığmamız 1:0 hesabı ilə qalib gəlmişdi. Özü də Vaqif Cavadovun qolunun qələbə qazandırdığı matçı həmyerlimiz Vüsal Əliyev idarə etmişdi.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0