Əfqan Talıbovun külək problemi
13.02.2013 - 17:31
“Son turun “Rəvan”la oyunundakı vəziyyətlə üzləşdik. Yalnız ilk 30 dəqiqədə səhvsiz oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.
O, Topaz Premyer Liqasının XVI turundan təxirə salınan “Bakı” ilə qarşılaşma haqda fikirlərini açıqlayıb: “Buraxılan ilk qoldan sonra oyunumuz pozuldu, səhvlər artdı. Fasilədəki əvəzetmələrlə dönüş yaratmağa çalışdıq. Lakin əvvəl 2-ci, sonra isə 3-cü qol komandanı tamamilə ruhdan saldı. Hesab 1:0 olarkən dönüş yaratmağımıza küləyin əks istiqamətində oynamağımız da imkan vermədi. İndi qarşıdakı matçı fikirləşirik. “Xəzər Lənkəran”la səfər matçı çox çətin olacaq. Həmin matçda xal qazanmalıyıq”.
Qeyd edək ki, “Turan” Bakıda keçirdiyi ev oyununda 0:4 hesabı ilə məğlub olub.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0