Halk “Zenit”i pula görə seçib
14.02.2013 - 05:57
Ötən mövsümün əvvəlində “Porto”dan “Zenit”ə 55 milyon avroya transfer olunan Halk Rusiya klubuna keçməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı braziliyalı futbolçu Sankt-Peterburq təmsilçini pul görə seçdiyini ifadə edib.
Halk bildirib ki, transferində maddi səbəblər böyük rol oynayıb: “Yalan söyləməyəcəyəm. “Zenit”ə gəlməyimə ən böyük səbəb pul oldu. Bu fürsəti əldən çıxarda bilməzdim. Portuqaliyada hər şey qazandım. İngiltərə, İtaliya və İspaniyadan da təkliflər aldım. Amma razılaşa bilmədik”.
Qeyd edək ki, Halk “Zenit”də 9 matçda forma geyinib və rəqib qapılarından 2 qol keçirib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0