Püşk Qurbanovun komandasını qabağa saldı
16.02.2013 - 10:30
Azərbaycan yığmasının futbolçularının Rusiya Milli Futbol Liqasında qarşıdurması baş tutmayıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi David Qarayevin formasını getdiyi “OİK-Energiya” ilə müdafiəçi Şamil Qurbanovun az öncə müqavilə bağladığı “Baltika” arasında qrupdakı son oyun qolsuz bərabərliklə nəticələnib. Futbolçularımız I divizion təmsilçiləri arasında matçı kənardan izləyiblər. David yeni komandasında məhz bu turnirdə debüt edərək, “Tom”la oyunda sarı vərəqə almışdı.
Futbolçularımızın komandalarının nəinki xalları, topların fərqi də eyni olduğundan, 3-cü yer uğrunda oyunda kimin oynayacağı püşklə müəyyənləşib. Püşk Qurbanovun komandasının üzünə gülüb. “Baltika” fevralın 19-da həmin matça çıxacaq. “OİK-Energiya” isə bundan 1 gün öncə 5-ci yer uğrunda matçda qüvvəsini sınayacaq.

- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0