İtaliya millisinin meneceri postunu tərk etdi
21.05.2013 - 23:41
İtaliya milli komandasının meneceri Luici Riva postunu tərk edib. Apasport.az saytının məlumatına görə, buna 68 yaşlı mütəxəssisin səhətində yaranan problemlər səbəb olub.
Lakin onun vəzifəsi boş qalacaq. Bu haqda İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abet açıqlayıb. O bildirib ki, əgər Riva yenidən işinə qayıdacaqsa, milli ilə birgə gələn il dünya çempionatına ev sahiblik edəcək Braziliyaya yola düşəcək.
Qeyd edək ki, “Skuadra adzurra”nın ən yaxşı bombardiri olan Riva 42 oyunda meydana çıxıb və 35 qola imza atıb. Luici İtaliya yığmasında menecer kimi isə 1990-cı ildən işləyir.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0