U-14 Liqasının qalibləri müəyyənləşdi - FOTOSESSİYA
22.05.2013 - 19:09
Bu gün Bayıl stadionunda AFFA-nın U-14 Liqasının 2012/2013-cü il mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, III yer uğrunda oyunda “Lokomotiv” və “Xəzər Lənkəran” qarşılaşıb.
1:0 hesabı ilə qələbə qazanan Lənkəran təmsilçisi bürünc medallara sahib çıxıb.
Final oyununda “Neftçi” və “Bakı” üz-üzə gəlib. Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast vuran “Neftçi” 5:4 hesabı ilə qələbə qazanaraq AFFA-nın U-14 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olub.
Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov təqdim edib.
Mənbə: affa.az

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0