Millimiz Bolqarıstan yığmasına uduzdu
23.05.2013 - 09:38
Bolqarıstanda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız Bolqarıstanın U-16 yığması ilə qarşılaşıb. Oyun 4:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Baxışəli Baxışəliyev və Fərid Əsədli fərqlənib.
Qeyd edək ki, millimiz bundan əvvəl yerli “Sliven” klubundan olan həmyaşıdları ilə görüşüb 6:1 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, millimiz bundan əvvəl yerli “Sliven” klubundan olan həmyaşıdları ilə görüşüb 6:1 hesabı ilə qalib gəlmişdi.
Mənbə: affa.az
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0