Vaqif Sadıqov: AZAL rəhbərliyi ilə problem yarana bilər
23.05.2013 - 15:34
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov aparıcı futbolçuların komandanı tərk etməsinə münasibət bildirib. 54 yaşlı mütəxəssis Lent.az-a açıqlamasında heyətin yarısı ilə müqavilə müddətinin başa çatdığını deyib.
Onun sözlərinə görə, futbolçuların bir çoxu iddialı klubların maraq dairəsinə düşməsi sevindirici haldır: “Mən bunu normal qəbul edirəm. Əsas məsələ odur ki, komanda şəklində güclü olaq. Gedənlərin yerinə elə futbolçular tapmalıyıq ki, yenə kollektiv oyun sərgiləyərək, uğurlu nəticələr göstərə bilək”.
Bununla belə, Sadıqov klubun növbəti mövsüm üçün hədəflərinin müəyyənləşdirilməsini vacib sayıb. O, yaxın günlərdə rəhbərliklə görüşünün olacağını bildirib: “Növbəti mövsümdə Avropa kuboklarına vəsiqə qazanmağa qadir komanda yaratmaq istəyiriksə, heyət gücləndirilməlidir. Əks halda, istər-istəməz rəhbərliklə baş məşqçi arasında problem yarana bilər. Çünki yüksək nəticələr tələb edirsənsə, bunu gerçəkləşdirməyə qadir komanda də olmalıdır”.
Qeyd edək ki, hələlik AZAL-ı 2 futbolçu rəsmən tərk edib. Yarımmüdafiəçi Zohair Benuahi və hücumçu Franko Nildo “Xəzər Lənkəran”a üz tutub.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0