Müdafiəçimiz Avropa Liqasında iştirak edəcək
26.05.2013 - 17:14
Bu gün Rusiya Premyer Liqasının son turunun nəticəsinə görə, hansı komandaların avrokubok oyunlarına vəsiqə qazanacaqları məlum olub. Apasport.az saytının məlumatına görə, MOİK-in və “Zenit”in Çempionlar Liqasında və “Anji”nin isə Avropa Liqasında iştirak edəcəyi əvvəlki turlardan dəqiqəlşmişdi.
Digər 3 yer uğrunda isə əsasən 4 komanda – “Spartak”, “Kuban”, “Rubin” və “Dinamo” mübarizə aparırdı. Lakin bu görüşlərdə yalnız “Dinamo” “Volqa” (0:0) ilə oyunda xal itirərək, Avropanın ikinci mötəbər klub turnirinə vəsiqə qazana bilməyib.
Mövsümü 6-cı pillədə başa vuran Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” isə “Krasnodar”la (2:0) çətin matçda qələbə qazanaraq, Avropa Liqasında iştirak etmə hüququ əldə edib.
Qeyd edək ki, bu klublardan yalnız “Anji” Avropa Liqasına qrup mərhələsindən qoşulacaq. “Spartak”, “Kuban” və yığmamızın üzvünün komandası təsnifat mərhələsindən mübarizə aparacaq.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0