Joze Mourinyo Premyer Liqa tarixinə düşəcək
26.05.2013 - 17:41
“Real”ın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda “Kral klubu”nu tərk edib, “Çelsi”yə başçılıq edəcək. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis London klubu ilə 4 il müddətinə müqavilə imzalamağa razılıq verib.
İngilis mətbuatı iddia edir ki, Mourinyo Premyer Liqa tarixində ən yüksək maaş alan məşqçi olacaq. “Çelsi” Jozeyə vergilərin daha çox olmasına baxmayaraq, 8,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mourinyo 2004-2007-ci illərdə “Çelsi”ni çalışdırıb. O, bu 3 il ərzində “zadəganlar”a 2 dəfə ardıcıl İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Liqa kubokunu və 1 dəfə Federasiya kubokunu qazandırıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0