Neymar “Barselona”nın 2-ci ən bahalı futbolçusu oldu
26.05.2013 - 19:30
Lionel Messi və Kriştianu Ronaldo ilə birgə dünyanın ən yaxşı oyunçularından biri olaraq göstərilən Neymar “Barselona” ilə 5 illik müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu braziliyalı futbolçu üçün “Santos”a 36 milyon avro ödəyib və futbolçunun özünə isə illik 7 milyon avro verəcək.
Bununla da, İspaniya nəhəngi tarixində ikinci ən bahalı transferini gerçəkləşdirmiş olub.
“Barselona”nın ən bahalı transferi isə 2009-2010 mövsümündə “İnter”dən heyətinə qatdığı Zlatan İbrahimoviçdir. Kataloniyalılar İsveç milli komandasının üzvü üçün Milan təmsilçisinə 46 milyon avro nəğd pul, 20 milyon avro dəyərində Samuel Eto’onu və Aleksandr Qlebi icarəyəyə verərək, hücumçunu rekord məbləğə heyətinə cəlb edib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0