“Barselona” derbidə qazandı, “Real” xal itirdi
27.05.2013 - 01:03
İspaniya La Liqasında XXXVII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun bütün görüşləri eyni gündə keçirilib.
Çempionlar Liqasına qatılmaq uğrunda mübarizə aparan “Valensiya” doğma meydanda “Qranada”nı qəbul edib. Görüşün 60-cı dəqiqəsində Roberto Saldadonun vurduğu yeganə qolla “yarasalar” 1:0 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.
“Valensiya”nın irəliləməsində isə “Real”ın səyi böyük olub. Belə ki, heç nəyə iddiası olmayan “Kral klubu” səfərdə “Real Sosyedad”ın müqavimətini qıra bilməyib və Bask klubu meydandan bərabərliklə ayrılıb - 3:3.
Hazırkı çempion “Barselona” isə səfərdə yenə qələbəyə sevinib. Kataloniya derbisində “Espanyol”la üz-üzə gələn Tito Vilanovanın yetirmələri qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılıb. “Barsa”nın qollarına 14-cü dəqiqədə Aleksis Sançes və 86-cı dəqiqədə Pedro Rodriqes imza atıb.
Digər görüşlərdə isə “Levante” “Atletik”ə, “Rayo Valekano” “Hetafe”yə, “Malaqa” “Deportivo”ya, “Osasuna” “Sevilya”ya, “Betis” “Saraqosa”ya və “Selta” “Valyadolid”ə qalib gəlib. “Atletiko” – “Malyorka” oyunu isə 0:0 hesabı ilə başa çatıb.
İspaniya La Liqası
XXXVII tur
26 may
“Atletik” – “Levante” – 0:1
Xuanlu, 90
“Atletiko” – “Malyorka” – 0:0
“Espanyol” – “Barselona” – 0:2
Sançes, 14, Pedro, 86
“Hetafe” – “Rayo Valekano” – 1:2
Qomes, 49 – Dominqes, 53, Kastro, 90-avtoqol
“Malaqa” – “Deportivo” – 3:1
Saviola, 45, Baptista, 64, İzko, 80 – Salomao, 75
“Osasuna” – “Sevilya” – 2:1
Punal, 62, Kexudo, 79 – Neqredo, 50
“Betis” – “Saraqosa” – 4:0
Martin, 1, Pabon, 17; 71, Molina, 50
“Real Sosyedad” – “Real” – 3:3
Pardo, 64-pen, Qriezman, 78, Prieto, 90 – İquayn, 6, Kallexon, 57, Xedira, 80
“Valensiya” – “Qranada” – 1:0
Soldado, 60
“Valyadolid” – “Selta” – 0:2
Kabral, 28, Aspas, 56-pen

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0