Rəşad Sadiqov: Kuboku da qazansaq...
27.05.2013 - 16:55
“Çempionluq kimi kubok da bizim üçün önəmlidir. Sabah növbəti uğurumuzu qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.
Bu gün “Xəzər Lənkəran”la Azərbaycan kuboku uğrunda final oyunu öncəsi mətbuat konfransında iştirak edən yarımmüdafiəçinin sözlərinə görə, baş məşqçi Böyükağa Hacıyev onları oyuna lazımınca motivasiya edib: “Biz peşəkarıq və oyunun əhəmiyyətini başa düşürük. Çempionatla kubok fərqli turnirdir. Ancaq biz hər ikisində qələbəni qarşımıza məqsəd qoymuşuq. Çempionatda buna nail olduq. İndi kubokun qalibi olmaq istəyirik. Çalışacağıq ki, burada da şansı əldən verməyək. Buna da nail olsaq, növbəti mövsümün startı öncəsi yaxşı motivasiya olunacağıq”.
Mehman SÜLEYMANOV

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0