Emil Qarqorov: “İnter”ə keçir, yoxsa “Bakı”ya?
28.05.2013 - 16:16
Bolqarıstanlı futbolçu Emil Qarqorov karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az-ın Bolqarıstanın football24.bg saytına istinadən verdiyi məlumata görə, “Bakı”, ya da “İnter” bu futbolçunu heyətinə qatmaq istəyir.
Belə ki, Bolqarıstanda “Ludoqorets”lə çempion olan Qarqorov Razqrad klubunun təklif etdiyi müqavilə ilə razı olmayıb. Çünki maliyyə şərtləri hücumameylli yarımmüdafiəçini qane etməyib. Hazırda sərbəst futbolçu olan 32 yaşlı oyunçuya Çin və Cənubi Koreyadan da təklif var. Ancaq onun Asiya klublarının uzaqda olmasına görə təklifi qəbul etməyəcəyi gözlənilir.
Bundan başqa, onu sabiq klubu Sofiya MOİK-i də istəyir. Emil isə baş məşqçi Stoyço Mladenovu istefaya göndərən klubun təklifini də az maliyyə şərtlərinə görə qəbul etmək istəmir. Belə olan halda, Qarqorovun daha çox pul verən və Avropaya daha yaxın olan ölkəmizdən gələn təklifi dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, Qarqorov ölkəsində “Lokomotiv”, MOİK, Fransada “Strasbur” və Rumıniyada Krayova “Universitatya”sında da çıxış edib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0