Daha 2 legioner “Xəzər Lənkəran”dan kənarlaşdırıldı - FOTO
29.05.2013 - 15:36
“Xəzər Lənkəran” daha 2 legioneri heyətindən kənarlaşdırıb. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
O bildirib ki, yunanıstanlı Dimitrios Sialmas və türkiyəli Gökhan Güləçlə yollar ayrılıb: “Sialmas və Güləçlə müqaviləmiz bitib. Onlarla anlaşmanı uzatmırıq”.
Qış fasiləsində transfer olunan Gökhan Azərbaycan kuboku uğrunda “Neftçi” ilə final oyununu zədə üzündən kənardan izlədi. Ötən yay Lənkəran klubuna keçən Dimitrios isə həmin matçda ikinci hissədə meydana daxil olaraq, oyundan sonra penaltilər seriyasını dəqiq yerinə yetirə bilməyən yeganə futbolçu oldu.
Qeyd edək ki, cənublular ötən mövsümün sonunda xorvatiyalı yarımmüdafiəçi Roberto Alviş və argentinalı hücumçu Luçiano Olquinlə yollarını ayırmışdı.
Mehman SÜLEYMANOV

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0