“Barselona” 7-ci dəfə Kataloniya kubokuna sahib çıxdı
30.05.2013 - 05:34
Kataloniya kubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, finalda “Espanol”la qarşılaşan “Barselona” rəqibinə qalib gələrək, altı illik fasilədən sonra növbəti zəfərini qazanıb.
Matçın isə əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 19-cu dəqiqədə Simao Sabroza “Espanol”u önə çıxarıb. Fasiləyə məğlub durumda yollanan Tito Vilanovanın yetirmələri ikinci hissənin son dəqiqələrində hesaba tarazlıq gətiriblər. Sesk Fabreqas fərqlənib. Əlavə dəqiqələrdə də qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada isə “Barsa” daha dəqiq oynayıb - 4:2.
Qeyd edək ki, bu, “Barselona”nın tarixində yeddinci Kataloniya kubokudur. “Espanol”un isə aktivində altı kubok var.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0