“Bu, əla futbolçuların toplaşdığı bir komandadır”
10.07.2013 - 17:37
Braziliya millisinin üzvü Paulinyo “Tottenhem”in futbolçusu kimi ictimaiyyətə təqdim olunub. Apasport.az saytı xəbər verir ki, tərəflər arasında razılaşdırılan müqavilənin detalları açıqlanmasa da, “Tottenhem”in Paulinyoya görə “Korintians”a 20 milyon avro ödədiyi deyilir.
“Tottenhem”in oyunçusu olduğuma görə xoşbəxtəm. Belə bir klubun şərəfini qorumaq qürurvericidir. Rəhbərliyə mənə inandığı üçün təşəkkür edirəm. Bilirəm, mənim üçün çətin olacaq. Ancaq çox güman komanda yoldaşlarım çətinlikləri arxada qoymaq üçün mənə kömək edəcəklər. Mən Braziliyada “Tottenhem”in oyunların izləyirdim. Bu, əla futbolçuların toplaşdığı bir komandadır” – deyə, Paulinyo bildirib.
Qeyd edək ki, Paulinyo milli komandasının heyətində sonuncu Konfederasiyalar kubokunun qalibidir. 24 yaşlı futbolçu 17 oyunda 5 qol vurub.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0