Futbolçumuzun baxışda olduğu klub “Qaziantepspor”la oynayacaq
11.07.2013 - 11:11
Azərbaycanlı futbolçu Elnur İsmayılovun baxışda olduğu “Adanaspor”un hazırlıq planına qismən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Adanada hazırlıqlara başlayan Türkiyənin I dəstə təmsilçisi ilk yoxlama oyununu iyulun 17-də keçirəcək.
İlk rəqib isə Superliqa klubu “Qaziantepspor” olacaq. İyulun 19-dan isə komanda hazırlıqlarını Kartəpədə davam etdirəcək. Məhz bu hazırlıqlar zamanı Elnurun komandaya götürülüb-götürülməyəcəyinə aydınlıq gələcək.
Qeyd edək ki, İsmayılov Moldovanın “Daçiya” klubundan gəlib. 19 yaşlı müdafiəçi sonuncu dəfə Vəli Qasımovun vaxtında U-19 yığmasına çağırılıb.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0