“Neftçi” və “Skenderbeu”nun mətbuat konfranslarının vaxtı bilindi
15.07.2013 - 11:59
“Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyunöncəsi mətbuat konfransı və açıq məşqinin vaxtı bilinib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Böyükağa Hacıyev oyunun keçiriləcəyi “Bakcell Arena”da sabah saat 18:30-da jurnalistlərin suallarını cavablandıracaq.
Onunla yanaşı mətbuat nümayəndələri önünə yarımmüdafiəçilər - Rəşad Sadiqov və Flavinyo da çıxacaq. Açıq məşq isə bundan yarım saat sonra, 19:00-da başlanacaq. Rəqib komanda “Skenderbeu”nun mətbuat konfransı isə həmin gün eyni məkanda, saat 19:30-da olacaq. Albanların açıq məşqi isə saat 20:00-da keçiriləcək.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” oyunu iyulun 17-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0