“Pyast”ın “Qarabağ”la oyunları “Orange Sport”da
15.07.2013 - 14:38
Polşanın “Pyast” klubunun Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la oyunları öz ölkəsində canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, yerli TVP telekanalı ilə danışıqlar uğursuz nəticələnəndən sonra bütün diqqətlər “Orange Sport”a yönəlib.
Belə ki, Qlivitse təmsilçisinin ağdamlılarla iyulun 18-də səfər, 25-də ev oyununa bu telekanalda baxmaq mümkün olacaq. Bakıdakı oyun saat 21:00-da, Polşadakı matç bizim vaxtla saat 20:30-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ”ın polşalılarla Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu Az.TV və ya “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0