“Baku Cup 2013” turnirinin başlama vaxtı müəyyənləşdi
15.07.2013 - 14:54
“Baku Cup 2013” qadınlar arasında beynəlxalq tennis turnirinin keçiriləcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Tennis Federasiyasının keçirdiyi WTA seriyalı turnir iyulun 22-də start götürəcək.
Oyunları Bakı Tennis Akademiyasında baş tutacaq yarış iyulun 28-dək davam edəcək. Artıq 3-cü dəfə keçirilən turnirə qatılmaq üçün Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Ukrayna, Qazaxıstan təmsilçiləri ölkəmizə təşrif buyuracaq. “Baku Cup 2013” turnirində Azərbaycanı gənc tennisçi Kamilla Fərhad təmsil edəcək.
Qeyd edək ki, ötən il serbiyalı Boyana Yovanovski, 2011-ci ildə isə rusiyalı Vera Zvonaryova turnirin qalibi olub.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0