Ukrayna yığmasının sabiq üzvü: Azərbaycana məğlubiyyət xoş deyil
16.07.2013 - 15:24
“Buraya gətirdiyimiz heyət yeni yığılıb. Təbii ki, yeni komandadan daha artığını gözləmək çətindir”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın saytına Ukraynanın qızlardan ibarət U-19 yığmasının baş məşqçisi Natalya Zinçenko deyib.
Bu gün Qəbələdə hazırlıq keçən ukraynalılar bizim qızlardan ibarət U-19-la qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub. Ukrayna yığmasının 33 yaşlı sabiq yarımmüdafiəçisi millimizə uduzmasından danışıb: “İstənilən halda, məğlubiyyət xoş deyil. Müdafiədə bağışlanmaz səhvlər buraxdıq və bu baxımdan uduzmağımız məntiqəuyğundur. Növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, bu komandalar iyulun 18-də Qəbələdə ikinci yoldaşlıq oyununda üz-üzə gələcək.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0