Ufuk Budak evdə, Cihan Özkara səfərdə başlayacaq
17.07.2013 - 18:40
Türkiyə Superliqasının 2013-2014 mövsümünün püşk atması keçirilib. Apasport.az saytının məlumatına görə, 18 komandanın mübarizə aparacağı ölkə çempionatında bütün rəqiblər müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” ilk görüşünü səfərdə keçirəcək. “Qırmızı-ağlar”ın rəqibi “Kayserispor” olacaq.
Yığmamızın digər üzvü Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor” isə ilk oyuna evdə başlayacaq. Baş məşqçi Ərtoğrul Sağlamın yetirmələri “Bursaspor”la qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə Superliqasının birinci turunun matçları 17-18 və 19 avqustda start verəcək. Çempionatın ilk dövrəsinin son oyunları isə 28-29 və 30 dekabrda keçiriləcək.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0