Millimizin oyununa giriş pulsuz olacaq
07.11.2013 - 10:50
Millimizin oyununa giriş pulsuz olacaq
Qırğızıstan – Azərbaycan matçına giriş pulsuz olacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə Qırğızıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Bişkekdəki oyun millimizin 2013-cü ildə son qarşılaşması olacaq.

Noyabrın 19-da Dolen Omurzakov adına stadionda keçiriləcək yoldaşlıq görüşü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.