İbrahimoviç yenidən ilin ən yaxşısı seçildi
12.11.2013 - 07:27
İbrahimoviç yenidən ilin ən yaxşısı seçildi
PSJ-nin ulduz forvardı Zlatan İbrahimoviç ölkəsi İsveçdə yenidən ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, bu Bosniya əsilli hücumçunun aldığı 8-ci mükafatdır.

Qeyd edək ki, bu mükafata ilk dəfə 2005-ci ildə layiq görülən İbrahimoviç cari mövsümdə Paris klubu ilə 12 çempionat oyununda iştirak edib və 8 qol vurub.