FİFA referimiz MOİK-in oyununa təyin olundu - FOTO
15.11.2013 - 12:59
I dəstədə X tura hakim təyinatları açıqlanıb. Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi olan Anar Salmanov növbəti dəfə aşağı dəstədə idarəçilik edəcək.
Ötən mövsüm ölkə kubokunun “Neftçi” – “Qarabağ” görüşündə etdiyi idarəçiliklə qonaqların finala çıxmasının qarşısını aldığına görə Salmanov cəzasını bu dəfə MOİK-in lider “Araz Naxçıvan”la oyununda yumalıdır.
Sabiq FİFA referisi Fariz Yusifov da aşağı diviziondan təyinat alıb. O, Ağsuya gedəcək. Yusifov yerli komandanın “Qaradağ Lökbatan”la görüşündə iş başında olacaq.
Qeyd edək ki, X turun bütün oyunları saat 14:00-da başlayacaq.

0
0