Millimizin rəqibləri müəyyənləşdi
20.11.2013 - 14:15
Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının 2014/15 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında gerçəkləşən tədbirdə ispaniyalı mütəxəssis Patrisiya Qonzalesin baş məşqçisi olduğu Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Final mərhələsi İsraildə keçiriləcək 2014/15 mövsümünün qitə çempionatının seçmə oyunlarında 44 komanda çıxış edəcək. Onlar arasında olan Azərbaycan yığması 2-ci qrupda yer alıb. Millimiz Danimarka, Ukrayna və Kiprlə mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan komanda və 3-cülər arasında ən yaxşı göstəricilərə malik 3 milli elit-raunda yüksələcək.
Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il sentyabrın 13-18-də keçiriləcək.

- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0