Mançini: Terim Türkiyədə bir əfsanədir
20.11.2013 - 20:44
“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini komandasının hazırkı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “uefa.com”a danışan italiyalı mütəxəssis Çempionlar Liqasında mərhələ adlayacaqlarına inandığını deyib:
“ÇL-də mərhələ adlayacağımıza inanıram. Ümidvaram ki, qarşıdakı “Real” matçında müsbət nəticə qazanacağıq. 10 dekabrdakı “Yuventus”la son oyunumuzda əlimizdən gələn hər şeyi edəcəyik. Başa düşməliyik ki, bu futboldur və heç vaxt, heç vaxt demək olmaz”.
“Sarı-qırmızılılar”ın sabiq baş məşqçisi Fatih Terim haqqında danışan 48 yaşlı çalışdırıcı bu sözləri deyib: “Terim Türkiyədə bir əfsanədir. Ona böyük hörmətim var, çünki Avropanın ən yaxşı baş məşqçilərindən biridir. Baş məşqçilər yaxşı bilir ki, onların yeri heç vaxt daimi deyildir. Fatihin hazırda Türkiyə millisində gördüyü işlər də hörmətə layiqdir”.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0