Millinin DÇ-2014-ə vəsiqə qazanması 12 nəfərin ölümünə səbəb oldu
21.11.2013 - 04:07
Əlcəzairin Braziliyada keçiriləcək dünya kubokuna vəsiqə qazanması ölkədə bədbəxt hadisələrə səbəb olub. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, azarkeşlərin milli komandanın qələbəsini bayram etməsi 12 nəfərin ölümü ilə nəticələnib.
Belə ki, Burkina-Faso ilə pley-off oyunundakı 1:0 hesablı qalibiyyətdən sonra Əlcəzair DÇ-2014-ə qatılmaq şansı əldə edib. Matçdan sonra ölkədə insanlar küçələrə çıxaraq bu qələbəni böyük həyəcanla qeyd etmək istəyib. Dövlətin rəsmi açıqlamalarına görə, həmin hadisələr zamanı 8 nəfər öldürülüb, dörd azarkeş isə avtomobil qəzasında dünyasını dəyişib. Digər tərəfdən 240-dan çox insanın da yaralandığı deyilir.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0