“Bakı”nın 6 futbolçusu “Xəzər Lənkəran”a qarşı oynamayacaq
22.11.2013 - 11:20
“Bakı” bu gün “Xəzər Lənkəran”la oyuna bəzi futbolçularının iştirakı olmadan çıxacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin 6 futbolçusu bu qarşılaşmaya çıxmağa hazır deyil.
Belə ki, yüngül zədəsi olan Elvin Əliyevlə Deyvidas Çesnauskis oyunöncəsi məşqin əvvəlindən sonuna kimi meydanboyu qaçıblar. Bərpa dövrü keçən ispaniyalı Mario Rubio yüngül fiziki çalışmalarla kifayətlənib. Zədəli olan Vadim Abdullayev, Əfran İsmayılov və Əziz Quliyev isə ümumiyyətlə hazırlıqda iştirak etməyib.
Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu saat 14:00-da başlayacaq.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0