“Xəzər Lənkəran” azarkeşlərindən etiraz!
22.11.2013 - 16:26
“Xəzər Lənkəran”ın Topaz Premyer Liqasının XIV turunun səfər matçında “Bakı”ya uduzması cənublu azarkeşlərin səbir kasasını daşırıb. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar”ın 0:3 hesabı ilə yenildikləri görüşün gedişində baş məşqçi Con Toşakı istefaya səsləyən fanatlar oyundan sonra daha sərt tədbirlərə əl atıblar.
Hazırda matçın keçirildiyi “Bakı” klubun təlim-məşq bazasında olan əməkdaşımızın sözlərinə görə, cənublu azarkeşlər “Xəzər Lənkəran”ın futbolçularını və məşqçi heyətini aparan avtobusun qarşısını kəsiblər. Onlar komandanın ərazini tərk etməsinə icazə vermirlər.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0