“Araz” yaratdığı imkanlardan istifadə etməyi bacardı”
25.11.2013 - 09:55
“Araz”la oyun çox ağır keçdi. Biz bu qarşılaşmanın elə belə də keçəcəyini gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Nunu Diaş deyib.
Futzal üzrə UEFA kubokunun elit-raundunun III turunun qarşılaşmasında Azərbaycan çempionu “Araz”a 3:6 hesabı ilə uduzan pireneylilərin çalışdırıcısı matç haqda fikirlərini açıqlayıb: “Oyunun böyük hissəsində üstünlük bizdə oldu. Lakin rəqibimiz daha effektli oynadı. Onlar öz yaratdığı imkanlardan istifadə etməyi bacardı. Biz ilk 2 görüşdə olduğu kimi oynadıq. Yetirmələrimi gözəl oyun göstərmələri münasibətilə təbrik edirəm. Azarkeşlərimizə isə 3 qarşılaşmada bizə dəstək olduqları üçün minnətdaram”.
Qeyd edək ki, “Araz” elit-raundun D qrupunda 1-ci yeri tutub və “Dördlər finalı”na vəsiqə qazanıb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0