Kaxaber Sxadadze 100-ü arxada qoydu
25.11.2013 - 16:30
Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyunundakı 3:1 hesablı qələbə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Azərbaycandakı fəaliyyəti dövründə 100-cü qələbəsini qazanıb.
2008-ci ildə “Standard”ın baş məşqçisi kimi ölkəmizdə debüt edən Sxadadze iki paytaxt təmsilçisində baş məşqçiliyi dövründə 210-cu oyununda 100-cü dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub. Bu qələbələrdən 89-u “İnter”, 11-i “Standard”da qeydə alınıb. İlk klubunda bütün qələbələrini çempionatda qazanan mütəxəssis “İnter”də 68 dəfə Premyer Liqa, 11 dəfə Azərbaycan kuboku, 5 dəfə Birlik kuboku və 5 dəfə avrokuboklarda qələbə sevinci yaşayıb.
7-ci mövsümündə 100-ə çatan çalışdırıcı ilk qələbəsini 2008-ci il martın 16-da “Standard”ın “Bakı” ilə səfər oyununda qazanıb – 1:0.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0