AZAL tarixinin ən uğursuz seriyası
25.11.2013 - 16:44
Bakının AZAL klubu antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, sonuncu qələbəsini Topaz Premyer Liqasının VI turunun “Qarabağ”la səfər oyununda qazanan (1:0) paytaxt təmsilçisi həmin vaxtdan qalib gələ bilmir. Son turda “Qəbələ” ilə səfər matçında uduzan Vaqif Sadıqovun yetirmələri (0:1) 9 məğlubiyyətlə AZAL tarixinin ən uğursuz seriyasına imza atıb.
2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda indiyədək ən pis halda ardıcıl 8 qarşılaşmada qələbəyə həsrət qalmışdı. AZAL 2 dəfə belə seriya yaşayıb. Onlardan biri 2005/06 mövsümündə qeydə alınıb və 2006-cı il martın 12-də “Göyəzən” üzərində 2:0 hesablı qələbə ilə başa çatıb. Həmin mövsüm başlayıb və növbəti çempionatda başa çatan digər seriya isə 2006-cı il avqustun 21-də “Turan”ı bir cavabsız qolla məğlub etdikdə qırılıb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0