“Roma” və “Latsio” Azərbaycanda sponsor axtarır
26.11.2013 - 10:35
“Romanı təmsil edən iki klubun formasında sponsor reklamının olmamağı məni düşünməyə vadar edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo deyib.
İspaniyada “Atletiko”, Fransada “Lans” klublarının Azərbaycandan sponsoru olması Malaqonun da diqqətini ölkəmizə yönəldib. O, tanınmış klublar “Roma” və “Latsio”nun da belə sponsor tapmasını istəyir: “Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla söhbət zamanı bu 2 klubun sponsorluğunu məsləhət gördüm”.
Qeyd edək ki, Malaqo ilə Rəhimov Avropa Olimpiya Komitəsinin İtaliya paytaxtı Romada keçirilən ümumi yığıncağında görüşüb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0