“Sportinq” “Araz”la oyuna görə kompensasiya ödəyir
26.11.2013 - 11:18
Futzal üzrə UEFA kubokunun elit-raundunun D qrupundakı “Araz”la həlledici görüşünə görə meydan sahibi “Sportinq” kompensasiya ödəməli olub. Apasport.az saytının məlumatına görə, Lissabon klubunun ev oyunlarını keçirdiyi Almada şəhərindəki kompleksdəki matçı izləmək üçün 2128 bilet alınıb.
Polis orqanları isə idman zalının tutumunun 1700 nəfərlik olduğunu iddia edir. Ona görə də təhlükəsizliyə cavabdehlik daşıyan məsuliyyətli şəxslər oyun günü təxminən 100-ə yaxın azarkeşi meydana buraxmayıb. “Sportinq” tərəfi isə rəsmi şəkildə “Araz”la matçı izləyə bilməyən azarkeşlərdən üzrxahlıq diləyib və 3 gün ərzində biletləri göstərmək şərti ilə onların pullarının tam həcmdə qaytarılacağını bəyan edib.
Qeyd edək ki, noyabrın 24-də keçirilən görüşdə ölkə çempionumuz “Araz” “Sportinq”ə 6:3 hesabı ilə qalib gəlməklə qrupu ilk sırada tamamlayıb ki, bu da Naxçıvan təmsilçisinin apreldə keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanmasına səbəb olub.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0