“Qəbələ”nin yoxlama oyunlarının tarixləri bilindi
26.11.2013 - 13:15
“Qəbələ”nin Türkiyədə keçirəcəyi təlim-məşq toplanışının tam proqramına aydınlıq gəlib. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi xəbərə görə, komanda Türkiyədə olduğu müddətdə 7 yoxlama oyunu keçirəcək.
Yanvarın 5-də Türkiyə vaxtı ilə saat 18:00-da ilk məşqinə çıxacaq “Qəbələ” növbəti günlərdən etibarən saat 10:00 və 17:00 olmaqla gündə 2 dəfə hazırlıq keçəcək. Yoxlama oyunları isə yanvarın 10, 13, 16, 20, 22, 24 və 27-də olacaq.
Sonuncu qarşılaşma saat 12:00-da olacaq ki, bu oyun başa çatdıqdan sonra komanda ölkəmizə geri qayıdacaq. Bakıda 1 günlük istirahətə çəkiləcək “Qəbələ” yanvarın 29-dan növbəti turun hazırlıqlarına gündə 2 dəfə məşq etməklə davam edəcək. Fevralın 1-də isə Yuri Syominin yetirmələrini “Sumqayıt”la səfər görüşü gözləyir.
Qeyd edək ki, “Qəbələ” son 2 qış fasiləsində olduğu kimi Antalyanın Bələk bölgəsinin ən yaxşı otellərindən olan “Gloria Serenity”də qalacaq. Toplanış 2 mərhələdən ibarət olacaq. Yanvarın 17-18-i istirahət günüdür.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0