Türkiyə mətbuatı “Xəzər Lənkəran”a yeni simalar göndərir
26.11.2013 - 15:52
“Xəzər Lənkəran”nın baş məşqçisi təyin ediləcək Mustafa Dənizlinin özü ilə ölkəmizə 3 köməkçi gətirə bilər. Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Dənizlinin Türkiyə millisinin sabiq məşqçisi Oğuz Çətinlə yanaşı, “Beşiktaş”da rəhbərliyi altında oynamış və “Çaykur Rizəspor”da bərabər çalışdığı İbrahim Üzülməzi məşqçilər korpusuna cəlb edəcək. Həmçinin, təcrübəli mütəxəssisin qapıçılarla işləyən məşqçi Zafer Öğeri də Lənkərana gətirəcəyi söylənilir.
Qeyd edək ki, daha öncə “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşakın yardımçıları – Emin Quliyevlə Covanni Melkiorrenin, eləcə də, qapıçılarla işləyən Hafiz Əliyev işini davam etdirəcəyi bildirilirdi.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0