“Araz”ın legioneri milliyə lazım olmadı
26.11.2013 - 18:22
Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Serbiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 2-də İspaniya yığması ilə qarşılaşacaq balkanlılar bu dəfə Azərbaycan çempionatında çıxış edən legionerlərə ehtiyac duymayıb. Belə ki, klublarımızın şərəfini qoruyan Marko Periç, Vladimir Milosavlaç və Vladimir Laziç qarşıdakı görüşə çağırılan heyətə daxil edilməyib.
Qeyd edək ki, Periç ötən həftə başa çatan UEFA kubokunun elit-raundunda uğurla çıxış edən “Araz”ın formasını geyir.
Qeyd edək ki, Periç ötən həftə başa çatan UEFA kubokunun elit-raundunda uğurla çıxış edən “Araz”ın formasını geyir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0