Toşak, Dənizli və “təyyarəçilər” öz ampluasında
27.11.2013 - 13:06
Bu həftə keçiriləcək Topaz Premyer Liqasının XV turu “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizlinin Azərbaycanda debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssisin “siftə”si AZAL-la görüşə təsadüf edəcək. Bu matç noyabrın 30-da Lənkəranda keçiriləcək.
Maraqlıdır ki, Vaqif Sadıqovun başçılıq etdiyi paytaxt təmsilçisi “Xəzər Lənkəran”ın bundan əvvəlki baş məşqçisini də qarşılayan komanda olmuşdu. Artıq istefa verən Con Toşakın ilk oyundakı rəqibi “təyyarəçilər” olmuşdu. Martın 30-da Lənkəranda baş tutan qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1.
Bir sözlə, 8 ay sonra yenə AZAL-la, yenə Lənkəranda, yenə 64 yaşlı debütant mütəxəssis, yenə ayın 30-da...

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0