Yığmamız Belçika ilə eyni qrupa düşdü
28.11.2013 - 12:26
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2014/15 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.
Püşkün nəticələrinə əsasən yığmamız X qrupa düşüb. Komandamız burada Belçika, İsveçrə, Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Oyunların harada keçiriləcəyi isə hələ dəqiqləşməyib.
Ümumilikdə isə 52 komanda 13 qrupa bölünüb. Hər qrupdan ilk 2 yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 3-cü yer sahibi elit-raunda yüksələcək.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2014-cü ilin payızında baş tutacaq.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0