FİFA reytinq siyahısını açıqladı: Konqo da millimizi qabaqladı
28.11.2013 - 13:35
FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, hesabında 363 xal olan Azərbaycan yığması 95-ci pillədə qərarlaşıb.
Noyabrda 2 yoxlama oyunu keçirən Berti Foqtsun yetirmələri ayın 15-də Estoniyaya 1:2 uduzub, 4 gün sonra Qırğızıstanla qolsuz heç-heçə etməsinin nəticəsində reytinq cədvəlində geriləyib.
Oktyabrda 407 xalla planetin 88-ci komandası olan millimiz mövqeyini 7 pillə pisləşdirib. Komandamız ötən ay özündən arxada qərarlaşan Efiopiya, Çin, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador millilərindən geri qalır. Yığmamız UEFA ölkələri arasında isə 40-cı yerdədir.
Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib.
Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını dekabrın 19-da açıqlayacaq.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0