Kalabane bu il oynamayacaq
29.11.2013 - 12:10
“Qəbələ”nin futbolçusu Umar Kalabane əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, məşq zamanı zədələnən afrikalı legionerin dizindəki menisk yırtığının müalicəsi üçün cərrahi müdaxilə zəruri olub.
Cari mövsümdə cəmi 3 oyuna çıxan müdafiəçi İstanbuldakı "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Kalabane sabah ölkəmizə dönəcək.
Onun 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir. Bu isə o deməkdir ki, qvineyalı böyük ehtimalla 2013-cü ildə meydana çıxmayacaq. Çünki 3 həftədən sonra Topaz Premyer Liqasında fasilə yaranacaq.
Qeyd edək ki, Kalabane Premyer Liqada ümumilikdə 30 oyun keçirib və 2 qol vurub.
Mənbə: gabalafc.az

- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0