42 yaşlı futbolçu karyerasını sonlandırdı
16.04.2026 - 18:16
42 yaşlı futbolçu karyerasını sonlandırdı

“Trabzonspor”un sabiq futbolçusu Oskar Kardozo gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, paraqvaylı hücumçu karyerasını başa vurub.

Bu barədə 42 yaşlı futbolçu şəxsi sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, Oskar Kardozo son olaraq ölkəsinin “Libertad” klubunda çıxış edib.

Qeyd edək ki, Paraqvay millisinin üzvü karyerası ərzində “Nyu Old Boys”, “Benfika” və “Olimpiakos” kimi komandalarda da forma geyinib.