A Seriyası klubunda ayrılıq - RƏSMİ
01.07.2026 - 11:08
"Napoli"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Elif Elmas komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi icarə müqaviləsinin başa çatması ilə məxsus olduğu "Leypsiq" klubuna qayıdıb.
Qeyd edək ki, "Napoli" Elif Elması mövsümün əvvəlində 2 milyon avro qarşılığında icarəyə götürmüşdü. Şimali Makedoniya millisinin üzvü Neapol təmsilçisinin heyətində keçirdiyi 44 rəsmi oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
0
0