A Seriyası: “Udineze” qələbə qazandı, “Napoli” büdrədi
01.11.2025 - 23:58
İtaliya A Seriyasında bu gün iki oyun başa çatıb.
Apasport.az xəbər verir ki, günün əsas sürprizlərindən biri “Napoli”nin xal itkisi olub.
Son İtaliya çempionu öz meydanında A Seriyasının yeni komandası “Komo”nu məğlub edə bilməyib – 0:0. Bu nəticə ilə neapollular azarkeşlərini məyus edib və liderlik yarışında vacib iki xal itiriblər.
Digər qarşılaşmada isə “Udineze” evdə “Atalanta”nı 1:0 hesabı ilə məğlub edib.
A Seriyası
X tur
Udineze – Atalanta 1:0
Napoli – Komo 0:0
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0