Acunun komandasında yeni müqavilə - RƏSMİ
05.09.2026 - 11:48
“Hull Siti” baş məşqçisi Sergey Yakiroviçlə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu komanda bosniyalı mütəxəssisin sözləşməsinin müddətini uzadıb.
49 yaşlı çalışdırıcı ilə 2028-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə bağlanıb. Razılaşmaya əsasən, tərəflər istədikləri halda əməkdaşlığı daha bir il uzada biləcəklər.
Qeyd edək ki, Sergey Yakiroviç 2025-ci ilin yayında “Hall Siti”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.
0
0