Aksel Vitsel La Liqada qaldı - RƏSMİ
13.08.2025 - 13:55
Aksel Vitsel La Liqada qaldı - RƏSMİ

Son olaraq "Atletiko Madrid"in şərəfini qoruyan Belçika millisinin sabiq üzvü Aksel Vitselin yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, futbolçu İspaniyada qalacaq.

36 yaşlı müdafiəçi karyerasını "Jirona"da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aksel ötən mövsüm "Atletiko"nun heyətində iştirak etdiyi 22 rəsmi matçda 1 qol və 1 assistlə yadda qalıb.