Alaba yenə zədələndi
04.02.2025 - 17:02

İspaniyanın “Real Madrid” klubunun futbolçusu David Alaba zədələnib.
Apasport.az xəbər verir ki, avstriyalı müdafiəçinin tibbi müayinə zamanı sol bud əzələsində zədə aşkarlanıb.
32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən çox meydana çıxa bilməyib.
0
0